Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində təşkil edilən və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunan veteranlar arasında ağır atletika üzrə dünya kuboku uğrunda yarışa yekun vurulmuşdur.
170 idmançının iştirak etdiyi yarışın son günü maraqlı çıxışlarla yadda qalmışdır.
Yarışın son günü Azərbaycan ağır atletləri üçün uğurlu olmuşdur. Namiq Ağayev öz çəki dərəcəsində bütün rəqiblərini qabaqlamış və dünya kubokunun sahibi olmuşdur. Onun uğurunu Samir Qeyisov da təkrarlamışdır. Digər iki idmançımız – Samir Hüseynov və İlham Hüseynov gümüş medallara layiq görülmüşlər.
Müxtəlif çəki və yaş dərəcələrində Ehsan Bayati, Fardin Yavari, Cavad Samyematin, Mehdi Nasarpur, Mehram Hatami (İran), Oleq Starikov, Vladimir Suşçak (Rusiya) yarışın qalibi adını qazanmışlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB