“Qarabağ” Almaniyanın “Sonnenhof Qrossaşpax”ı məğlub etdi

“Qarabağ” Almaniyanın “Sonnenhof Qrossaşpax”ı məğlub etdi

Ağdamın "Qarabağ" futbol komandası Avstriyada təlim-məşq toplanışını davam etdirir. Hazırlıq prosesi çərçivəsində Ağdam təmsilçisi növbəti yoxlama matçına çıxmışdır.

Almaniyanın aşağı divizion komandası "Sonnenhof Qrossaşpax" ilə qarşılaşan "Qarabağ" kollektivi 6:1 hesabı ilə qalib gəlmişdir.

"Qarabağ"ın heyətində Reynaldo het-trik etmiş, Leroy Corc dubl etmiş və Danilo Dias isə bir dəfə fərqlənmişlər.

Bundan öncəki yoxlama oyunlarında Donetskin "Şaxtyor" (Ukrayna) klubuna və Rusiyanın "Krasnodar" komandasına müvafiq olaraq 0:2 və 0:1 hesabı ilə uduzan baş məşqçi Qurban Qurbanovun yetirmələri ardıcıl olaraq Almaniyanın "Vakker Burqhauzen" kollektivinə 2:0, Çexiyanın "Viktoriya" klubuna isə 3:1 hesabı ilə qalib gəlmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə