Penitensiar Xidmətin əməkdaşı beynəlxalq yarışda I oldu

Penitensiar Xidmətin əməkdaşı beynəlxalq yarışda I oldu

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ədliyyə kapitanı Pərviz Hüseynov Bolqarıstanın Varna şəhərində keçirilən karate üzrə Avropa Çempionatında, Avropa Seminarında və Heydər Əliyevin 91 illiyinə həsr olunan "Xalqlar Dostluğu" Kəməri uğrunda yarışda iştirak edib. Yarışların yekununda Pərviz Hüseynov tərksilahdan birinci yerə, döyüş (kumite) üzrə ikinci yerə və katadan ikinci yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə