Ötən gün Dünya Çempionatının yarımfinal mərhələsində rüsvay olan Braziliya yığmasının azarkeşləri pərəstiş etdikləri komandanın biyabırçı məğlubiyyətinə dözə bilməyiblər. SİA-nın xəbərinə görə, oyundan sonra San Pauluda iğtişaşlar başlayıb.
Braziliya azarkeşləri azı 2 avtobus yandırıb, dükanları talan ediblər. Hətta etiraz zamanı bir qrup azarkeşin Braziliya dövlət bayrağını yandırılması haqqında da məlumatlar verilir.
İğtişaşlar Kopakabana çimərliyində də qeydə alınıb. Burada da on minlərdə azarkeş çimərlikdən Rionun küçələrinə axışıb.
Polis bir neçə nəfəri saxlaya bilib.

Qeyd edək ki, Almaniya-Braziliya matçı Bakı vaxtı ilə çərşənbə axşamına keçən gecə Belu-Orizontidə baş tutub və fantastik 7:1 hesabı ilə Almaniya yığmasının xeyrinə bitib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB