Kayak üzrə dünya və Olimpiya çempionu İnna Osipenko-Padomskaya Azərbaycan milli komandasının heyətinə cəlb olunmuşdur.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından bildirmişlər ki, 31 yaşlı idmançı həyat yoldaşı və şəxsi məşqçisi Dmitri Osipenko-Radomskinin rəhbərliyi altında hazırlaşacaqdır. Məşhur kayakçının millimizə keçidi ilə bağlı bütün məsələlər həllini tapmışdır.
Təcrübəli kayakçı 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında və 2010-cu il dünya çempionatında birnəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə qızıl medal qazanmışdır. O, həmçinin 2012-ci il London Olimpiadasında 200 metr və 500 metr məsafələrə yürüşlərdə gümüş, 2004-cü il Afina olimpiadasında dördnəfərlik qayıqla (K-4) 500 metr məsafəyə yürüşdə bürünc medala sahib olmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB