DÇ-nın ilk finalçısı bu gecə məlum olacaq

DÇ-nın ilk finalçısı bu gecə məlum olacaq

Dünya çempionatının ilk finalçısının adı bu gecə məlum olacaq. SİA-nın məlumatına görə, yarımfinal mərhələsinin ilk oyununda Almaniya və Braziliya yığmaları qarşılaşacaq. Belu-Orizonti şəhərinin "Mineyrao" stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Mundialın digər finalçısının adına isə iyulun 10-da Bakı vaxtı ilə saat 01:00-da başlayacaq Hollandiya-Argentina qarşılaşmasından sonra aydınlıq gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə