DÇ-nın yarımfinal oyununun baş hakimi müəyyən oldu

DÇ-nın yarımfinal oyununun baş hakimi müəyyən oldu

Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatının yarımfinal qarşılaşmasının baş hakimi müəyyən olundu. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) mətbuat xidmətinin yaydığı bəyanatda baş hakimin Türkiyəli hakim Cüneyt Çakırın olduğu açıqlanıb.

Xatırladaq ki, 37 yaşlı hakim bundan əvvəl turnirdə iki ( Braziliya-Meksika (0:0) və Rusiya – Əlcəzair (1:1)) qrupun oyununda baş hakim olub.

Qeyd edək ki, Dünya Çempionatının yarımfinalında Hollandiya-Argentina qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə