Lionel Messi dünya çempionatının lideridir

Lionel Messi dünya çempionatının lideridir

"Barselona" klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi uğurlu aldadıcı hərəkətlərin və qol məqamlarının sayına görə dünya çempionatının lideridir. Xarici KİV-lərə istinadla xəbər verilir ki, 27 yaşlı futbolçu rəqiblərini driblinqin köməyi ilə 29 dəfə geridə qoymuş və rəqib qapıları önündə 19 qol vəziyyəti yaratmışdır.

Bundan əlavə, dörd qol vuran Messi Neymar və Tomas Müller ilə bərabər bombardirlər siyahısında ikinci yeri bölüşür.

Xatırladaq ki, İyulun 10-a keçən gecə Argentina ilə Niderland yığmaları arasında yarımfinal oyunu keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə