İlk turda 4 Azərbaycan şahmatçısı qalib gəlib

İlk turda 4 Azərbaycan şahmatçısı qalib gəlib

Bolqarıstanın Plovdiv şəhərində qadınlar arasında şahmat üzrə Avropa çempionatı keçirilir. 26 ölkədən 116 şahmatçının qatıldığı bu çempionatda Azərbaycanı 10 iştirakçı, o cümlədən qrossmeysterlər Gülnar Məmmədova (2331), Türkan Məmmədyarova (2205), beynəlxalq ustalar Xəyalə Abdulla (2233), Səbinə İbrahimova (2218), Nərmin Kazımova (2180), FİDE ustaları Nərmin Xələfova (2191), Günay Məmmədzadə (2182), həmçinin Aytən Amrayeva (2065), Nərmin Məmmədova (2019) və Nərmin Söyünlü (1936) təmsil edir.

Avropa çempionatının reytinq-favoriti gürcü Nana Dzaqnidzedir (2541).

Birinci turun oyunları başa çatmışdır. Bu turda Azərbaycan şahmatçılarından Səbinə İbrahimova, Türkan Məmmədyarova, Günay Məmmədzadə və Nərmin Söyünlü qalib gəlmiş, Gülnar Məmmədova və Nərmin Kazımova heç-heçə oynamış və Xəyalə Abdulla və Nərmin Xələfova, Aytən Amrayeva və Nərmin Məmmədova uduzmuşlar.

İştirakçılar İsveçrə sistemi üzrə 11 tur keçirəcəklər.

Xatırladaq ki, bu çempionat UNESCO-nun himayəsi altında keçirilən ilk şahmat turniridir.

Turnir İyulun 17-dək davam edəcəkdir. Vaxta nəzarət klassik qaydada aparılacaqdır. Hər oyunda 40-cı gedişə qədər heç-heçə barədə təkliflər edilməsi qadağandır.

Turnirin mükafat fondu 60 min avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə