Azərbaycan yığması şahmat turnirində beşinci yeri tutub

Azərbaycan yığması şahmat turnirində beşinci yeri tutub

Moskvada gənc şahmatçılar arasında Vladimir Dvorkoviç IX Beynəlxalq şahmat turnirinin yekun turu başa çatmışdır. Komandalararası turnirin həlledici turunda Çin yığması 1:3 hesabı ilə Hindistan komandasına uduzsa da, birinciliyi əldən verməmişdir. Rusiya və Ukrayna yığmaları arasında görüş heç-heçə başa çatmışdır. Daha iki matç – Azərbaycan-Serbiya, Dvorkoviç Qonaq Evi–Ermənistan görüşləri də heç-heçə nəticələnmişdir.

10 xal (18 fərdi) toplayan Çin komandası turnirin qalibi, Ukrayna yığması gümüş mükafatçısı olmuşdur. Ukrayna yığmasının şahmatçıları 10 matç xalı toplasalar da, fərdi göstəricilərə (16) görə qaliblərdən geri qalmışlar. Rusiya üçüncü nəticə göstərmişdir: 9 (16,5).

Azərbaycan komandası 8 xal (16,5 fərdi) toplayaraq 5-ci yerdə qərarlaşmışdır. Hindistan 8 (18,5) xalla dördüncü yeri tutmuşdur. Son üç yeri Ermənistan (5(13,5), Dvorkoviç Qonaq Evi (3(12) və Serbiya (3(8) yığmaları bölüşmüşlər.

Bütün xəbərlər Facebook səhifəmizdə