DÇ:2014 mundialların bütün tarixi ərzində tamaşaçıların sayına görə ikinci yerə çıxıb
Braziliyada keçirilən futbol üzrə dünya çempionatı mundialların bütün tarixi ərzində tamaşaçıların orta sayına görə 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatından sonra ikinci yerdədir. İTAR-TASS agentliyinə istinadla xəbər verilir ki, bu barədə Rio-de-Janeyroda mətbuat üçün brifinqdə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının kommunikasiyalar üzrə direktoru Deliya Fişer məlumat vermişdir.
Braziliya matçlarında tamaşaçıların orta sayı hazırda 52.762 nəfər təşkil edir ki, bu da 271 tamaşaçı çoxdur. Tamaşaçıların rekord sayı ABŞ-da qeydə alınmışdır. 1994-cü ilin dünya çempionatında matçlara orta hesabla 68.991 tamaşaçı baxmışdır.
D.Fişer demişdir: "Hesab edirik ki, ABŞ turnirinin rekordunu hələ uzun müddət geridə qoymaq mümkün olmayacaqdır, çünki ABŞ stadionlarında tamaşaçı yerlərinin sayı çoxdur".
64 matçın 60-dan sonra Braziliya çempionatında tamaşaçıların ümumi sayı 3.165.693 nəfər təşkil edir. Bu isə o deməkdir ki, tribunalarda yerlərin 98,3 faizi tutulmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB