Dünya çempionu növbəti qələbə əzmindədir

Dünya çempionu növbəti qələbə əzmindədir

10-16 iyul tarixlərində ABŞ-ın Orlando şəhərində Çin döyüş sənəti üzrə dünya çempionatı keçiriləcək. Bu barədə SİA-ya Sərhədçi İdman Olimpiya Mərkəzinin zabit məşqçisi, kapitan Fuad Zeynalov məlumat verib.

F.Zeynalov bildirib ki, hərbiçilər arasında keçiriləcək mötəbər turnirdə ölkəmizin şərəfini məhz özü qoruyacaq: "Bu gün Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi olaraq son illərdə idmançılarımız keçirilən mötəbər turnirlərdə ən yüksək nəticələri əldə edirlər. Bu yarışda da bütün qüvvəmi ortaya qoyaraq ən yüksək nəticəni əldə etməyə çalışacam. İnanıram ki, şanlı bayrağımızı okeanının o tayında da yüksəklərə qaldıracam".

Xatırladaq ki, Fuad Zeynalov mayın 5-dən Yunanıstanın Santorini adasında 27 ölkənin 450 idmançısının qatıldığı kikboksinq üzrə dünya çempionatında low-kik versiyası üzrə ən ağır çəkidə (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə