Futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsində Braziliya və Kolumbiya yığmaları arasında keçirilən və 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatan matçın baş arbitri Karlos Velasko Karbalyonun (İspaniya) fəaliyyəti qeyri-qənaətbəxşdir. Xarici KİV-lərə istinadla xəbər verilir ki, əfsanəvi argentinalı futbolçu Diyeqo Maradona belə hesab edir.
Maradona demişdir: "Hakimin hərəkətləri fəlakətli, qorxunc olmuşdur, yalnız nifrət doğurmuşdur. Biz Braziliya yığmasına haqq qazandırmalıyıq. O, turnirin ən yaxşı matçlarından birini keçirmişdir, lakin son on ildə bu qədər pis hakimlik edən görməmişdim. Fernandinyo Xames Rodrigesə qarşı beş və ya altı fola yol verməsinə baxmayaraq, ona xəbərdarlıq olunmadı. Qaydanı pozduğuna görə Julio Sezar oyundan kənarlaşdırılmadı".
Əlavə edək ki, dünya çempionatını vaxtından əvvəl tərk etmək məcburiyyətində qalan braziliyalı Neymara etdiyi kobudluğa görə Kolumbiya yığmasının müdafiəçisi Xuan Sunyiqaya da sarı vərəqə verilməmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB