Zərbə bir düym yuxarıdan dəymiş olsaydı, Neymar ömürlük iflic ola bilərdi

Zərbə bir düym yuxarıdan dəymiş olsaydı, Neymar ömürlük iflic ola bilərdi

Futbol üzrə Braziliya yığmasının hücumçusu, dünya çempionatının dörddə bir final mərhələsində Kolumbiya komandası ilə oyun zamanı fəqərə sütunu zədələnmiş Neymar ömürlük iflic vəziyyətində qala bilərdi.

Cümə günü Fortalezada keçirilmiş görüş braziliyalıların 2:1 hesablı qələbəsi ilə başa çatmışdır. Matçın 87-ci dəqiqəsində kolumbiyalı müdafiəçi Xuan Kamilo Sunyiqa Neymarın kürəyinə zərbə vurmuş, nəticədə hücumçu zədələnmişdir. Neymarı meydandan xərəkdə çıxarmalı olmuşlar. Sonra xəstəxanaya göndərilmiş idmançının üçüncü fəqərə sümüyünün sınması diaqnozu qoyulmuşdur. İlkin proqnozlara görə, oyunçunun sağalmasına 4-6 həftə vaxt lazımdır.

Həkimlərin sözlərinə görə, əgər Sunyiqanın zərbəsi bircə düym yuxarıdan dəymiş olsaydı, Neymar həmişəlik iflic ola bilərdi.

Gələn həftə Bakı vaxtilə çərşənbə gününə keçən gecə turnirin yarımfinal mərhələsində Braziliya və Almaniya yığmaları qarşılaşacaqlar. Bu matçda pentakampeonlara Neymardan başqa yığmanın kapitanı Tiaqo Silva da kömək edə bilməyəcəkdir: onun aldığı sarı vərəqələrin sayı yol verilə bilən həddən çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə