DÇ: Hollandiya və Kosta-Rika -0:0

DÇ: Hollandiya və Kosta-Rika -0:0

Futbol üzrə Dünya Çempionatının 1/4 final mərhələsinə yekun vurulub. SİA-nın məlumatına görə, mərhələnin son qarşılaşmasında Hollandiya və Kosta-Rika yığma komandaları ½ final uğrunda mübarizə aparıb.

Əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatan matçın qalibi penalti seriyasında müəyyənləşib. Avropa təmsilçiləri daha dəqiq olub – 4:3.

Xatırladaq ki, bundan əvvəl Argentina minimal hesabla (1:0) Belçikaya qalib gələrək 1/2 finala vəsiqə qazanmışdı. Beləliklə, Dünya Çempionatının yarımfinalında Hollandiya Argentina ilə qarşılaşacaq. Digər yarımfinalda Braziliya Almaniya ilə görüşəcək

Bütün xəbərlər Facebook səhifəmizdə