Beynəlxalq Güləş Federasiyası (FİLA) iyul ayı üçün yunan-Roma güləşçilərinin reytinq siyahısını açıqlamışdır. Yunan-Roma güləşçilərinin reytinq siyahısına 8 pəhləvanımızın adı daxil edilmişdir.
Siyahıda Kamran Məmmədov (59 kq, 12-ci yer), Həsən Əliyev (66 kq, 2-ci yer ), Rəsul Çunayev (71 kq, 2-ci yer), Elvin Mürsəliyev (75 kq, 6-cı yer), Rafiq Hüseynov (80 kq, 15-ci yer), Saman Təhmasibi (11-ci yer), Şəhriyar Məmmədov (hər ikisi 85 kq, 13-cü yer) və Sabah Şəriəti (130 kq, 14-cü yer) yer almışlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB