“Qalatasaray”ın yeni baş məşqçisi bilindi

Prandelli “Qalatasaray”ın baş məşqçisi olur
“Qalatasaray”ın yeni baş məşqçisi bilindi

Futbol üzrə İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli İstanbulun "Qalatasaray" komandasını çalışdıra bilər. Bu barədə Türkiyə nəhənginin rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd olunur ki, italiyalı mütəxəssislə danışıqlar başlayıb və gedişatla bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, Prandelli hazırda davam edən dünya çempionatının qrup mərhələsindən çıxa bilmədiyinə görə İtaliya yığmasının baş məşqçisi postundan istefa verib.

Bütün xəbərlər Facebook səhifəmizdə