Beynəlxalq Güləş Federasiyası (FİLA) iyul ayı üçün sərbəst növ üzrə güləşçilərin reytinq siyahısını açıqlamışdır. Sərbəst güləş üzrə reytinq siyahısına 9 pəhləvanımızın adı daxil edilmişdir.
Siyahıda 61 kiloqram çəki dərəcəsində güləşçimiz Hacı Əliyev birinci pillədə qərarlaşmışdır. Həmin çəki dərəcəsində digər idmançımız Əhmədnəbi Qvarzatilov yeddincidir.
Reytinq cədvəlində Ruslan Dibirhacıyev (70 kq) ikinci, Cəbrayıl Həsənov (74 kq) üçüncü, Həmzət Osmanov (86 kq) yeddinci, Xetaq Qazyumov 3-cü, Şərif Şərifov (hər ikisi 97 kq) 6-cı, Əli İsayev dördüncü və Cəmaləddin Məhəmmədov (hər ikisi 125 kq) beşinci pillədə qərarlaşmışlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB