Yığma komandanın məşqçilər korpusunda dəyişiklik

Yığma komandanın məşqçilər korpusunda dəyişiklik

Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın məşqçilər korpusunda dəyişiklik edilib. Federasiyadan SİA-ya verilən xəbərə görə, Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Məmmədovun əmri ilə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Arif Abdullayev tutduğu vəzifədən azad edilib.

Onun yerinə, bir vaxtlar sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi olan, yığma komandanın baş məsləhətçisi Saypulla Absaidov təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə