Bu gün futbol üzrə UEFA Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. SİA-nın xəbərinə görə, Azərbaycanı bu turnirdə təmsil edən paytaxtın "İnter" komandası da ilk oyununa çıxacaq.
"İnter" komandası Moldovada yerli "Tiraspol" kollektivi ilə qarşılaşacaq. "Şerif" stadionunda təşkil olunacaq oyunun baş hakimi xorvatiyalı Ante Vuçemiloviç olacaq. Ona həmyerliləri Dalibor Konyar, Hrvoje Barişiç və Damir Batiniç kömək edəcəklər.
Komandalar arasında cavab oyunu iyulun 10-da Bakıda, "Şəfa" stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB