Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun üzvləri Polşada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Həmrəylik və Olimpiyaçılar" yürüşündə mübarizə aparırlar.
SİA-nın xəbərə görə, heyətə 6 velosipedçi - Azərbaycan çempionu Elçin Əsədov, həmçinin ölkə birinciliyinin mükafatçıları Tural İsgəndərov ilə Samir Cəbrayılov, eləcə də Maksim Averin, Daniel Klemme və Aleksandr Surutkoviç daxildir.
Sayca 25-ci dəfə təşkil edilən yarışın ilk günündə iştirakçılar 2 mərhələdə mübarizə aparmışlar. Səhər 115.5 kilometr məsafə qət edən velosipedçilər, axşam proqramında 82 kilometr məsafəyə yürüş ediblər. Velosipedçimiz Daniel Klemme hər iki halda finişi mərhələ qalibi ilə eyni vaxtda keçsə də, fotofinişə əsasən 12-ci olub.
Diqqət cəlb edən məqam Tural İsgəndərovun ilk mərhələdə xoşagəlməz halla üzləşərək toqquşma nəticəsində yıxılması olub. Amma tibbi müayinə idmançımızda ciddi fəsadlar aşkar etməyib və o 2-ci mərhələdə iştirak edərək finişi liderlə eyni vaxtda keçən pelotonun içərisində olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB