Azad Rəhimov vyetnamlı nazirlə görüşüb FOTO

Azad Rəhimov vyetnamlı nazirlə görüşüb FOTO

Bu gün gənclər və idman naziri Azad Rəhimov Vyetnamın Mədəniyyət, İdman və Turizm naziri Hoang Tuan Ahnın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycanda idman sahəsində görülən işlər, inşa edilməkdə olan obyektlər və Bakının 2015-ci ildə tarixdə ilk dəfə olaraq ev sahibliyi edəcəyi Avropa Olimpiya oyunlarına hazırlığı barədə söz açılıb.

Görüş zamanı Azad Rəhimov bildirib ki, Azərbaycanın daim çox güclü olduğu idman növləri olub: "Azərbaycanın böyük ölkə olmasa da, ölkəmizdə beynəlxalq yarışların keçirilməsi üçün hər bir şərait var. Mən Vyetnamlı idmançıları ölkəmizə məşqlərə, yarışlara dəvət edirəm".

Öz növbəsində nazir Azad Rəhimova xoş münasibət üçün dərin təşəkkürünü bildirən Vyetnamlı nazir Hoang Tuan Ahn Azərbaycanda istər idman, istərsə də gənclər sahələrinin çox sürətlə inkişaf etdiyini və Vyetnamın hər iki sahədə təcrübə mübadiləsinə şad olduğunu qeyd edib.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə