Azad Rəhimov: "Azərbaycanda heç bir idman qurğusu gizli şəraitdə tikilmir"
"Azərbaycanda heç bir idman qurğusu gizli şəraitdə tikilmir. Ona görə də hazırda tikintisi gedən, yaxud istifadəyə verilən istənilən idman qurğusunun qapıları hər kəsin üzünə açıqdır". SİA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Onun sözlərinə görə, istənilən mətbuat nümayəndəsi nazirliyin müvafiq idarəsinə müraciət etməklə və bəzi təhlükəsizlik normalarına riayət etməklə obyektlərdə çəkiliş apara bilər: "Əgər bununla bağlı problem yaransa, növbəti toplantıların birində şəxsən mənə yaxınlaşıb, bununla bağlı suallarınızı verərsiniz. Biz də imkan daxilində bu məsələyə aydınlıq gətirməyə çalışacağıq".
Xatırladaq ki, may ayında idman və gənclər naziri Azad Rəhimov tikintisi aparılan idman qurğularında televiziyalar tərəfindən çəkilişlərin aparılmasının təmin olunması məqsədi ilə "Avropa Oyunları" Təşkilat Komitəsinə tapşırıqlar versə də, bu tapşırıq tam təmin olunmayıb. Nazirlik yalnız 2 idman qurğusunda çəkiliş aparmağa icazə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB