Bakı 2015 Avropa Oyunları Nar Mobile şirkətini rəsmi tərəfdaşı elan edib FOTO

Bakı 2015 Avropa Oyunları Nar Mobile şirkətini rəsmi tərəfdaşı elan edib FOTO

Bu gün Bakı 2015 Avropa Oyunları Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru Nar Mobile ilə yarışların rəsmi mobil telekommunikasiyalar xidməti təminatçısı olması haqqında müqavilə imzalayıb. SİA-nın məlumatına görə, müqaviləyə əsasən Nar Mobile şirkətinin ilk Avropa Oyunlarını Azərbaycanın bütün ərazisində geniş şəkildə reklam edən ilk milli tərəfdaş olması nəzərdə tutulur. Nar Mobile şirkəti çoxplatformalı reklam kampaniyaları vasitəsilə Oyunlarla bağlı məlumatlılığı artıracaq. Həmin reklam kampaniyalarına mobil operatorun öz müştəriləri üçün idman yarışlarına bilet qazanmaq imkanları da daxil olacaq.

Tədbirdə ilk olaraq çıxış edən gənclər və idman naziri, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bildirib ki, bu, ilk Avropa Oyunlarının keçirilməsinə dəstək məqsədilə Nar Mobile şirkətinin telekommunikasiyalar sahəsində malik olduğu geniş təcrübəni tətbiq etməsini nəzərdə tutan əhəmiyyətli müqavilədir.

O həmçinin qeyd edib ki, Azərbaycan şirkətlərinin həm Bakı şəhərinə, həm də bütövlükdə Azərbaycana uzunmüddətli fayda verəcək innovativ və inkluziv yarışların hazırlanmasına cəlb edilməsi önəmli hal hesab olunur.

Nar Mobile şirkətinin baş icraçı direktoru Kent Makneli deyib ki, Avropa Oyunları Azərbaycanda yaşayan hər kəsin zövq alacağı və bir hissəsi olmaq istəyəcəyi heyrətamiz idman yarışları olacaq: "Biz müştərilərimizin öz hissləri və milli idmançıları ilə fəxr etdiklərini bilirik və Azərbaycan tarixinə önəmli anlar kimi daxil olacaq Oyunlarla bağlı bu cür əhəmiyyətli rolu oynamaq bizim üçün şərəfdir. Avropa Oyunlarının həm idman, həm də texnoloji baxımdan innovativ idman yarışları olmasını təmin etmək üçün biz texniki imkanlara və texnoloji yeniliklərə malikik".

Daha sonra Bakı Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqq əlavə edib ki, Bakı 2015 Avropa Oyunları ilə əlaqənin saxlanmasına kömək nöqteyi-nəzərindən Nar Mobile şirkəti ilə müqavilənin bağlanması gözəl haldır: "Oyunlar baxımından və bizim işimizə dəstək göstərməsi üçün Şirkətin texniki imkanlara və bilik, təcrübəyə malik olması baxımından böyük əhəmiyyət kəsb edən telekommunikasiyalar geniş əməliyyatlar hesab olunur".

Çıxışlardan sonra əməkdaşlıq barədə müqavilə imzalanıb.

Məlumat üçün bildirək ki, 2015 ilin 12-28 iyun tarixlərində Azərbaycanda keçiriləcək Bakı 2015 Avropa Oyunlarında ümumilikdə 19 idman növü üzrə yarışlar keçiriləcək. Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri tərəfindən Bakı şəhərinə həvalə olunub.

Qeyd edək ki, Nar Mobile operatoru 2007-ci ildən etibarən abunəçilərə xidmət göstərir. Son 2,5 il ərzində Nar Mobile orta hesabla illik 20 % yüksəliş nümayiş etdirərək Azərbaycanın ən böyük sürətlə inkişaf edən mobil operatoru olub.

Bütün xəbərlər Facebook səhifəmizdə