Sumqayıtın məhəllə və mikrorayonlarının 1999-2000, 2001-2002-ci illər təvəllüdlü yeniyetmə oğlanlardan təşkil təşkil olunmuş komandaları arasında bu ilin mayında başlanmış IV mini futbol yarışına yekun vurulmuşdur.
Şəhər gənclər və idman baş idarəsinin rəisi Musa Həsənov bildirmişdir ki, yarışlarda Sumqayıtın 68 məhəllə və mikrorayonunun 100-dən çox komandasının tərkibində mindən artıq yeniyetmə iştirak etmişdir. Oyunlar əsasən şəhərdə yeni qurulan nümunəvi məhəllələrdə tikilmiş süni örtüklü mini futbol meydançalarında təşkil edilmişdir. Ümumilikdə, yarış ərzində 150-yə yaxın oyun keçirilmişdir.
İki aya yaxın davam edən, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda baş idarənin kubokuna kiçik yaş qrupunda 10-cu mikrorayonun, böyük yaş qrupunda isə 1-ci mikrorayonun komandaları sahib olmuşlar.
Kiçik yaş qrupu üzrə yarışda II və III yerləri müvafiq olaraq 2-ci və 9-cu mikrorayonların komandaları tutmuşlar. 8-ci mikrorayonun komandası IV olmuşdur. Böyük yaş qrupu üzrə isə II yeri 8-ci mikrorayonun, III yeri Tuğ zavodunun, IV yeri "İnşaatçılar" qəsəbəsinin komandaları tutmuşlar.
Təşkilat komitəsinin qərarına əsasən, birinci yerlərin sahibi olan komandaların üzvlərinə xatirə hədiyyələri, I-IV yerləri tutan komandalara kubok, üzvlərinə isə medal və fəxri fərmanlar təqdim edilmişdir.
Turnirdə 1-ci, 2-ci və 3-cü yerləri tutmuş komandalar Sumqayıt gənclərinin cari ilin iyul-avqust aylarında Quba rayonunda təşkil olunacaq "Yay məktəbi" çərçivəsində istirahət etmək hüququ əldə etmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB