Avropada futbol həyəcanı başlayır

Bu gün Avropada yeni futbol mövsümünə start veriləcək. Qitənin ən nüfuzlu klub turnirinin ilk 2 oyunu baş tutacaq. 1955-ci ildə start götürən yarışın sayca 60-cı yubiley mövsümü ən zəiflərin mübarizəsi ilə başlayacaq. Avropanın ən zəif çempionatlarının qaliblərinin qatıldığı mərhələyə Andorrada start veriləcək. Çərşənbə günü isə avrokuboklarda yeni ölkənin debütü ilə əlamətdar olacaq. Belə ki, UEFA ailəsinə yeni qoşulan Cəbəllütariq də bu dəfə yarış iştirakçıları arasında yer alıb.

Azərbaycan çempionu "Qarabağ" isə son illərin formalaşan ənənəsinə uyğun olaraq, bu mərhələdə istirahət edəcək. Təmsilçimiz yalnız iyulun 15-də Malta "Valletta"sı ilə matçdan mübarizəyə qoşulacaq.

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

1 iyul

23:00. "Santa Koloma" (Andorra) - "Banants" (Ermənistan)

23:30. "La Fiorita" (San-Marino) - "Levadiya" (Estoniya)

2 iyul

23:00. "Linkoln" (Cəbəllütariq) - "Torshavn" (Farer adaları)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...