"DÇ-2014"ün 1/8 final mərhələsinin oyunları davam edir. İlk olaraq Fransa və Nigeriya milliləri üz-üzə gəlib. Bu görüşdə 2:0 hesabı ilə qalib gələn Fransa 1/4 finala yüksəlib.
Digər oyunda isə Almaniya Əlcəzairi sınağa çəkib. Bakı vaxtı ilə saat 01:00-də start götürən matçın əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda iki qol vuran almanlar 1/4 finala adlayıblar - 2:1. Yoahim Lövün komandası bu mərhələdə Fransa yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, artıq Braziliya, Kolumbiya, Hollandiya və Kosta-Rika 1/4 finala vəsiqə qazanıb.
1/8 final mərhələsi
01:00. Almaniya - Əlcəzair - 2:1
Qollar: Andre Şürrle, 92 (1:0), Məsut Özil, 120 (2:0), Slimani, 121 (2:1)
Hakim: Sandro Riççi (Braziliya)
Komandalar meydana aşağıdakı tərkibdə çıxıb:
Almaniya: 1. Manuel Noyer, 4. Hövedes, 16. Filip Lam, 17. Per Mertezaker, 20. Jerom Boatenq, 21. Mustafi, 7. Bastian Şvaynştayger, 8. məsut Özil, 13. Tomas Müller, 18. Toni Kroos, 19. Mario Qötze
Əlcəzair: 1. Rais M'Bolhi, 3. Faouzi Qoulam, 4. Essaid Belkalem, 5. Rafik Halliçe, 20. Aissa Mandi, 8. Medhi Lasen, 10. Sofiane Feqhouli, 19. Saphir Tayder, 22. Mehdi Mostefa, 13. İslam Slimani, 15. Hilal Soudani
(1).jpg)
(1).jpg)
.jpg)
(1).jpg)
(1).jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB