Azərbaycan yığması Hindistan komandasına qalib gəlib

Azərbaycan yığması Hindistan komandasına qalib gəlib

Moskvada Vladimir Dvorkoviçin adını daşıyan qonaq evində doqquzuncu Dvorkoviç Kuboku yarışlarında yaşı 17-dən yuxarı olmayan şahmatçılardan ibarət səkkiz komanda iştirak edir (hər komandaya səkkiz nəfər daxildir).

Turnirdə qələbə uğrunda Azərbaycan, Çin, Hindistan, Serbiya, Ermənistan, Ukrayna yığmaları və Rusiyanın iki komandası mübarizə aparır.

İkinci turda Azərbaycan yığması Hindistan komandasına 2,5:1,5 hesabı ilə qalib gəlmişdir. İkinci turun digər matçlarının nəticələri belə olmuşdur: Rusiya-Serbiya – 3:1, "Qostinaya Dvorkoviça" – Çin – 1,5:2,5, Ermənistan-Ukrayna – 1,5:2,5.

İkinci turdan sonra Azərbaycan şahmatçıları iki komanda xalı və beş fərdi xal toplayaraq turnir cədvəlində altıncı yeri tuturlar.

İlk üç yeri tutan komandaların xal durumu belədir: Ukrayna – 4 komanda xalı və 5 fərdi xal, Rusiya – 3 (5), Çin – 3 (4,5).

Bütün xəbərlər Facebook səhifəmizdə