Hollandiya millisi futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlmişdir
Braziliyada futbol üzrə XX dünya çempionatı davam edir. Bu gün Fortaleza şəhərindəki "Kastelao" stadionunda mundialın pley-off mərhələsi çərçivəsində Hollandiya və Meksika milli komandaları qarşılaşıblar.
Portuqaliyalı baş hakim Pedro Proencanın idarə etdiyi oyunun 48-ci dəqiqəsində Meksika millisinin futbolçusu Giovani Dos Santos hesabı açmışdır. Matçın 89-cu dəqiqəsində hollandiyalı futbolçu Vesley Sneiyder hesabı bərabərləşdirib – 1:1.
Meksika millisinin futbolçu Rafael Markezin kobud oyunu on bir metrlik cərimə zərbəsi ilə nəticələnib. Penalti zərbəsini dəqiq yerinə yetirən Hollandiya yığmasının üzvü Klass-jan Huntelaar komandasının qələbəsini rəsmiləşdirib – 2:1. Bu qələbə ilə Hollandiya millisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib. Komandanın növbəti mərhələdəki rəqibi Kosta-Rika – Yunanıstan cütünün qalibi olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB