Və XX dünya çempionatının dörddəbir finalında Braziliya yığmasının rəqibi olacaq
Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatında səkkizdəbir final mərhələsinin növbəti oyununda Kolumbiya və Uruqvay milliləri qarşılaşmışlar. Rio-de-Janeyrodakı "Marakana" stadionunda keçirilən oyunda Kolumbiya millisi Uruqvay yığmasını 2:0 hesabı ilə məğlubiyyətə uğratmışdır. Kolumbiyalı Xames Rodriges qarşılaşmanın 28-ci və 50-ci dəqiqələrində rəqib qapısından iki top keçirmişdir. Gənc yarımmüdafiəçi bununla XX dünya çempionatında dörd matçda beş dəfə fərqlənməklə qol sayına görə mundialın məhsuldar futbolçuları siyahısına başçılıq edir.
Qarşılaşmanı niderlandlı baş hakim Byorn Kuipers idarə etmişdir.
Kolumbiya millisi dörddəbir finalda Braziliya yığması ilə qarşılaşacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB