Azərbaycan şahmatçıları Yunanıstanın Kavala şəhərində keçirilən məktəblilər arasında sürətli şahmat və blits üzrə dünya çempionatında çoxlu sayda müxtəlif əyarlı medallar, o cümlədən iki qızıl medal qazanmışlar.
Məhəmməd Muradlı yaşı 11-dək olan şahmatçılar arasında qələbə qazanmış, Aysel Səlimova isə 7 yaşınadək qızlar arasında qızıl medala sahib olmuşdur.
Pərviz Qasımov, Ayxan Cabbarlı və Aytən Əmrayeva turnirin gümüş mükafatçıları olmuşlar.
Rüstəm Bünyadov, Vüqar Əsədli, Aydın Süleymanlı və Nurtac Heydərli bürünc medal qazanmışlar.
Xatırladaq ki, turnirdə 20 ölkədən 240 şahmatçı iştirak etmişdir. Azərbaycanı 45 nəfərlik nümayəndə heyəti, o cümlədən yetərincə məşhur gənc şahmatçılar təmsil etmişlər. Yarışlar ayrılıqda oğlanlar və qızlar arasında altı yaş qrupunda (9,11,13,15 və 17) keçirilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB