Braziliya penaltilərlə 1/4 finalda

Braziliya penaltilərlə 1/4 finalda

Bu gün DÇ-2014-ün 1/8 final mərhələsinə start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə keçiriləcək iki oyunla 1/4 finalçılardan ikisinin adına aydınlıq gələcək.

İlk olaraq meydana Braziliya və Çili komandaları çıxıb. Bakı vaxtı ilə saat 21:00-da başlayan görüşün 90 dəqiqəsində sonra qalib müəyyənləşməyib - 1:1. Əlavə vaxtda da qol olmayınca, penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Braziliya millisi 1/4 finala adlayan ilk komanda olub.

Digər oyunda isə Kolumbiya Uruqvayla üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.

28 İyun

1/8 final

21:00. Braziliya - Çili - 1:1 (penaltilər seriyası - 3:2)

Qollar: David Luis, 18 (1:0), Aleksis Sançes, 32 (1:1)

Baş hakim: Hovard Uebb

Braziliya: + - + - +

Çili: - - + + -

Bütün xəbərlər Facebook səhifəmizdə