Azərbaycan millisi Türkiyə yığmasına qalib gəlib

Azərbaycan millisi Türkiyə yığmasına qalib gəlib

İyunun 27-də qadın voleybolçular arasında Avropa Liqası yarışlarının dördüncü turu çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirmişdir. Azərbaycan Voleybol Mərkəzində millimiz Türkiyə yığmasını qəbul etmişdir.

Macarıstanlı baş hakim Zsolt Mezöffinin idarə etdiyi görüşün ilk hissəsi Azərbaycan millisinin üstünlüyü ilə başa çatmışdır – 25:16. Qarşılaşmanın ikinci hissəsində inamlı oyun nümayiş etdirən Türkiyə millisi hesabı bərabərləşdirmişdir – 25:19. Görüşün üçüncü hissəsində rəqibini 25:16 hesabı ilə məğlub edən Azərbaycan millisi hesabda önə keçmişdir. Dördüncü hissədə də rəqibindən üstün olan (25:15) Azərbaycan millisi qələbəsini rəsmiləşdirmişdir.

Beləliklə, görüş 3:1 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə