Azərbaycan Super kuboku harada keçiriləcək?

Azərbaycan Super kuboku harada keçiriləcək?

Azərbaycan Super kuboku uğrunda matçın vaxtı və məkanı müəyyənləşib. SİA-nın xəbərinə görə, Topaz Premyer Liqasının qalibi "Qarabağ" və ölkə kubokunun sahibi "Neftçi" Superkuboku əldə etmək üçün Qəbələdə görüşəcək.

Bu qarşılaşma çempionatın başlamasından 4 gün sonra keçiriləcək. Belə ki, avqustun 13-də tərəflər ən güclünü müəyyənləşdirməyə çalışacaq.

Qeyd edək ki, ötən il Super kubok matçı Naxçıvanda keçirilib. Onda Con Toşakın çalışdırdığı "Xəzər Lənkəran" yeganə titulunu "Neftçi"ni yenməklə (2:1) əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə