Yunanıstan 1/8 finalda

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. Bu gün daha 4 qarşılaşma baş tutub. Gecə saatlarında C qrupunun oyunlarına start verilib. 1/8 finala yüksəlmək şanslarını saxlayan Yunanıstan və Fil Dişi Sahili yığmaları münasibətlərinə aydınlıq gətiriblər. 1/8 finala yüksəlmək üçün bu görüşdə Afrika təmsilçisini 1 xal qane etdiyi halda, Yunanıstan millisi mütləq qələbə qazanmalı idi ki, avropalılar bunu bacarıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən yunanlar 1/8 final mərhələsinə yüksəliblər.

C qrupu

01:00. Yunanıstan - Fil Dişi Sahili - 2:1

Qollr: Samaris, 43 (1:0), Boni, 80 (1:1), Samaras, 90+2-pen. (2:1)

Start heyətlər

Yunanıstan: Karnezis, Maniatis, Manolas, Samaras, Kone, Karaqunis(k), Salpingides, Torosidis, Lazaros, Sokratis, Şolevas

Fil Dişi Sahili: Barri, Boska, Kalu, Tiote, Cervinio, Droqba (k), Aurer, Ture, Serey, Bamba

S Komandalar O Q H M T-F X

1 Kolumbiya 3 3 0 0 9-2 9

2 Yunanıstan 3 1 1 1 2-4 4

3 Fil Dişi sahli 3 1 0 2 4-4 3

4 Yaponiya 3 0 1 2 1-7 1

Bütün xəbərlər Facebook səhifəmizdə