“Qəbələ” “Şiroki Briyeq”lə, “İnter” isə “Tiraspol”la qarşılaşacaq

“Qəbələ” “Şiroki Briyeq”lə, “İnter” isə “Tiraspol”la qarşılaşacaq

İyunun 23-də UEFA Avropa Liqasının ilk iki təsnifat mərhələsinin püşkü atılmışdır. İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Avropanın 119 klubunun rəqibi müəyyənləşmişdir.

Ölkəmizi Avroliqada təmsil edəcək "Qəbələ"nin birinci təsnifat mərhələsindəki rəqibi bəlli olmuşdur. Püşkün nəticəsinə görə, "Qəbələ" Bosniya və Herseqovinanın "Şiroki Briyeq" komandası ilə qarşılaşacaqdır. Komandamız ilk oyununu doğma meydanda, cavab görüşünü isə səfərdə keçirəcəkdir.

Digər komandamız "İnter" (Bakı) isə ilk təsnifat mərhələsində Moldovanın "Tiraspol" kollektivi ilə qarşılaşacaqdır.

Qeyd edək ki, birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 3-də, cavab görüşləri isə iyulun 10-da keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə