Portuqaliya son anda məğlubiyyətdən qurtuldu

Portuqaliya son anda məğlubiyyətdən qurtuldu

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. Bu gün daha bir qarşılaşma keçirilib. G qrupunda ABŞ və Potuqaliya yığmaları üz-üzə gəlib. Oyunda hesabı avropalılar açsa da, ABŞ millisi əzmkar oyunu ilə hesabı 2:1 öz xeyrinə dəyişə bilib. Görüşün son saniyələrində isə portuqaliyalılar bərabərlik qolunu vurmağı bacarıb. Qeyd edək ki, Paulo Bentunun komandası bu görüşdə məğlub olsaydı, qrupdan çıxmaq şansını itirəcəkdi.

G qrupu

03:00. ABŞ - Portuqaliya - 2:2

Qollar: Nani, 5 (0:1), Cons, 64 (1:1), Demsi, 82 (2:1), Varela, 90+5 (2:2)

Komandalar oyuna aşağıdakı tərkibdə çıxıb.

ABŞ: Hovard, Brandley, Besler, Beasley, Demsi, Bedoya, Jones, Bekerman, Zusi, Kameron, Consi

Poruqaliya: Beto, Alveş, Migel, Ronaldo, Mautinyo, Nani, Kosta, Mereyleş, Almeyda, Poştiqa, Pereyra

S Komandalar O Q H M T-F X

1 Almaniya 2 1 1 0 6-2 4

2 ABŞ 2 1 1 0 4-3 4

3 Qana 2 0 1 1 3-4 1

4 Portuqaliya 2 0 1 1 2-6 1

Bütün xəbərlər Facebook səhifəmizdə