“Komandamız bu gün öz gücünü göstərdi”

“Komandamız bu gün öz gücünü göstərdi”

"Bu qələbəni azarkeşlərimizə həsr edirəm. Hansı ki, uzun məsafə qət edərək Braziliyaya gəliblər. Onlar bu qələbəni uzun müddət idi ki, gözləyirdi". Bu sözləri Əlcəzair millisinin baş məşqçisi Vahid Xalilhodjiç Cənubi Koreya ilə oyundan (4:2) sonra FİFA-nın rəsmi saytına açıqlamasında deyib.

Bosniyalı mütəxəssis qələbəni şərh etməklə yanaşı növbəti oyunda Rusiya millisi ilə qarşılaşacaqları görüşün əhəmiyyəindən də danışıb: "Bu gün komandamız öz gücünü göstərdi. İlk hissədə yaxşı oynadıq. Ancaq ikinci hissədə oyuna nəzarəti bir qədər itirdik. Səbəbini bilmirəm. İndi bizə Rusiya ilə oyunda yaxşı nəticə qazanmaq qalır. 1/8 finala çıxmaq üçün yaxşı şansımız var.

Bütün xəbərlər Facebook səhifəmizdə