"İki oyundan sonra 1/8 finala adladıq. İndi üçüncü oyun haqda fikirləşməliyik". Bu sözləri Belçika millisinin baş məşqçisi Mark Vilmots Rusiya ilə oyundan (1:0)sonra deyib.
Veteran futbolçu Rusiya millisinin daha yaxşı oyun nümayiş etdirdiyini etiraf edib: "İkinci hissədə oyuna daxil etdiyim futbolçular özlərini göstərə bilmədilər. Həmişə işlər plana uyğun getmir. Bəkə də, havanın çox isti olması futbolçularımızın oyununa təsir etdi. Bu, bizim ən yaxşı oyunumuz deyildi. Ancaq pis oynadığımızı da demək olmaz. Axır ki, özümüzü sübut etdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB