Brazliyada qolun paytaxtı: 3 oyuna 17 qol

Brazliyada qolun paytaxtı: 3 oyuna 17 qol

DÇ-2014 başlayandan Salvador şəhərində oynanılan matçlarda azərkeşlər qol yağışı izləyiblər. Tarixin ən yaxşı dünya çempionatlarından biri olaraq qeyd edilməyə başlanılan mundial, bol qollu matçları ilə diqqət çəkir.

Ancaq bu bol qollu matçların keçirildiyi bir şəhər var ki, sanki "qolun" paytaxtıdır.

DÇ-2014 başlayandan Salvador şəhərində oynanılan matçlarda azərkeşlər qol yağışı izləyiblər. Belə ki, Salvadorda yerləşən "İtaipava Arena Fonte Nova" meydançasında indiyədək baş tutan 3 qarşılaşmada nə az, nə çox 17 qol vurulub.

İspaniya 1 – 5 Hollandiya

Almaniya 4 – 0 Portuqaliya

İsveçrə 2 – 5 Fransa.

Bütün xəbərlər Facebook səhifəmizdə