“Neftçi” – “Çixura” oyunu heç-heçə başa çatıb

“Neftçi” – “Çixura” oyunu heç-heçə başa çatıb

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan Bakının "Neftçi" futbol komandası hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununu keçirmişdir. Klubdan bildirmişlər ki, flaqman Gürcüstan kuboku yarışlarının finalçısı "Çixura" ilə qarşılaşmışdır. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşmışdır.

"Neftçi"nin qolunu Julius Vobay vurmuşdur. Cavid İmamverdiyev matçın 48-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməmişdir.

Komandalar arasında keçirilmiş ilk yoxlama oyununda Gürcüstan təmsilçisi 3:2 hesabı ilə qalib gəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə