İngiltərə Uruqvaya məğlub oldu FOTOLAR

İngiltərə Uruqvaya məğlub oldu FOTOLAR

"DÇ-2014"də ikinci matçına çıxan İngiltərə yığması Uruqvaya 1:2 hesabı ilə uduzub. FİFA-nın saytına istinadən verdiyi məlumata görə, komandalar oyuna aşağıdakı tərkibdə çıxıb.

Uruqvay: Fernando Muslera, Dieqo Qodin (k), Kristian Rodriqes, Mariya Ximenes, Maksimilyano Pereyra, Arevola Rios, Alvaro Qonzales, Nikolas Lodeyro, Edinson Kavani, Martin Kasares, Luis Suarez

İngiltərə: Co Hart, Qlen Conson, Leyton Beyns, Stiven Cerard (k), Qari Kehill, Fil Caqelka, Ueyn Runi, Daniel Staric, Danni Uelbek, Cordan Henderson, Rahim Sterlinq

Uruqvay millisinin hücumçusu Luis Suares "DÇ-2014"də məğlub etdikləri İngiltərə ilə oyun haqda fikirlərini bölüşüb. "Reuters" agentliyinə danışan təcrübəli futbolçu vurduğu qolları ailəsinə həsr etdiyini bildirib: "Bu oyunda meydana çıxmağı və qələbə qazanmağı hər zaman arzulayırdım. Şadam ki, Kosta Rika uğursuzluğundan sonra qələbə qazanmağı bacardıq. Vurduğum qolları ailəmə həsr edirəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Hamı mənə inanırdı ki, bu da tezliklə meydana qayıtmağıma kömək oldu".

Qeyd edək ki, İngiltərə ilə oyunda dubl edən Suares komandasının qələbə qazanmasında böyük rol oynayıb - 2:1.

D qrupu

00:00. Uruqvay - İngiltərə - 2:1

Qollar: Suares, 40 (1:0), Runi, 75 (1:1), Suares, 85 (2:1)

S Komandalar O Q H M T-F X

1 Kosta Rika 1 1 0 0 3-1 3

2 İtaliya 1 1 0 0 2-1 3

3 Uruqvay 2 1 0 1 3-4 3

4 İngiltərə 2 0 0 2 2-4 0

Bombardirlər siyahısı:

Aryen Robben (Hollandiya) - 3 qol

Tomas Müller (Almaniya) - 3 qol

Robin van Persi (Hollandiya) - 3 qol

Tim Kehill (Avstraliya) - 2 qol

Kərim Benzema (Fransa) - 2 qol

Neymar (Braziliya) - 2 qol

Bütün xəbərlər Facebook səhifəmizdə