Kriştianu Ronaldonun şəxsi məsləhətçisi, portuqaliyalı cərrah Xose Karlos Noronya İspaniyada çıxan "El Confidential" nəşrinin məlumatını təkzib etmişdir. Nəşrin yazdığına görə, Noronya dizindən aldığı travmanı ağırlaşdırmamaq üçün guya Portuqaliya milli komandasının liderinə Braziliyada keçirilən futbol üzrə dünya çempionatında çıxışını dayandırmağı məsləhət görmüşdür. Noronya bu informasiyanı "tamamilə yanlış" məlumat adlandıraraq əlavə etmişdir ki, o, dünya çempionatı başa çatana qədər belə bir bəyanatı əsla verməzdi.
Məlum olmuşdur ki, Portuqaliya yığmasının lideri komanda məşqlərində iştirakını vaxtından əvvəl başa çatdırmışdır. Müəyyən müddət fizioterapevtin yanında olduqdan sonra sol dizində içində buz olan sağrı ilə meydanı tərk etmişdir.
Futbol üzrə dünya çempionatının final mərhələsinin qrup mərhələsində Portuqaliya yığmasının əsas rəqibləri ABŞ və Qana yığmaları olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB