Dünya çempionatının qalibləri müəyyənləşib

Dünya çempionatının qalibləri müəyyənləşib

Dubayda sürətli şahmat üzrə keçirilən dünya çempionatı başa çatmışdır. Çempionat İsveçrə sistemi üzrə 15 turdan ibarət olaraq keçirilmişdir. 46 ölkədən 109 şahmatçının qələbə uğrunda mübarizə apardığı çempionatda Azərbaycanı beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Teymur Rəcəbov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil etmişlər.

Norveçli qrossmeyster Maqnus Karlsen 15 oyundan 11 xal toplayaraq sürətli şahmat üzrə dünya çempionu adını qazanmışdır. İkinci yerə 10,5 xalla İtaliya təmsilçisi Fabiano Karuano, üçüncü yerə isə eyni xalla keçmiş dünya çempionu Vişvanatan Anand çıxmışdır. Ölkəmizi təmsil edən şahmatçılardan ən yaxşı nəticəni Teymur Rəcəbov göstərmişdir. On xalla 6-11-ci yerləri bölüşdürən şahmatçımız əmsala görə 9-cu yerin sahibi olmuşdur. Rauf Məmmədov 9,5, Qədir Hüseynov 9, Şəhriyar Məmmədyarov 7,5, Eltac Səfərli 7, Vasif Durarbəyli isə 6 xal toplamışlar.

Sürətli şahmat üzrə dünya çempionatı üçüncü dəfədir ki, keçirilir. Keçən il çempionatın qalibi adını həmyerlimiz Şəhriyar Məmmədyarov qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə