Beynəlxalq “Qızıl qum” turniri başa çatıb

Beynəlxalq “Qızıl qum” turniri başa çatıb

Bolqarıstanın Varna şəhəri yaxınlığında yerləşən məşhur "Qızıl qum" (bolqar dilində – "Златни пясъци") kurortunda "Grand Europe chess open" kateqoriyasından ənənəvi şahmat turniri başa çatıb.

Turnirin yekunlarına əsasən 8 oyunçunun hər biri 9 mümkün xaldan 7 xal toplayıb. Əlavə göstəricilər nəzərə alınmaqla Paraqvay nümayəndəsi Aksel Baxman turnirin qalibi olub.

Bu turnirdə Azərbaycan şahmatçıları Müşfiq Əsgərov, Nail Bəşirli və Eldar Musayev də iştirak edirdi. Liderlərdən 1,5 xal geri qalan iştirakçılardan biri də Müşfiq Əsgərovdur. Eldar Musayev 4,5 xal, Nail Bəşirli 4 xal toplayıb.

Turnirin qalibi 6000 dollar, ikinci və üçüncü yerləri tutan şahmatçılar isə müvafiq surətdə 4500 və 3200 dollar mükafat alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə