3 qadın güləşçimiz AÇ-da yarımfinala çıxıb

3 qadın güləşçimiz AÇ-da yarımfinala çıxıb

Polşanın Katovitse şəhərində keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatında bu gün gənc qızların mübarizəsinə qoşulan güləşçilərimizdən hər üçü yarımfinala çıxıb.

SİA-nın Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, 44 kq-da yarışan Türkan Nəsirova 1/4 finalda ukraynalı Anastasiya Yamnuikə heç bir şans verməyib - 0:8. Türkan bununla da yarımfinala vəsiqə qazanıb və ən azı bürünc medalı özünə təmin edib.

51 kq çəki dərəcəsində qüvvəsini sınayan Azərbaycan güləşçisi Almaz İsmayılova 1/8 final mərhələsində slovakiyalı Vasiliki Kiparissovanı böyük hesabla (14:1) mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə təmsilçimizin rəqibi finlandıyalı Janika Vakkila olub. Almaz bu sınaqdan da alnı açıq çıxıb: 4:2. Yarımfinalda güləşçimizi Simona Pricobla (Rumıniya) mübarizə gözləyir.

67 kq-da çıxış edən Raqnetta Qurbanzadə də adını yarımfinal iştirakçıları siyahısına yazdırıb. 1/8 finalda təmsilçimiz polşalı Laura Roboçinskanı (7:0), 1/4 finalda isə avstriyalı Martina Kuenzi (10:0) yarışdan kənarlaşdırıb. Yarımfinalda Raqnettanın rəqibi italiyalı Dalma Caneva olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə