Polşanın Katovitse şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Çempionatın ikinci günündə 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparırlar.
Çempionatda 66 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Murad Süleymanov rumıniyalı İon Plopa və yunanıstanlı Binenbaoum Kirillosa qalib gələrək yarımfinala yüksəlmişdir. Yarımfinalda idmançımızın rəqibi belaruslu Surko Raşitxanov olacaqdır.
Digər güləşçimiz Nurməhəmməd Hacıyev (84 kq) də yarımfinala vəsiqə qazanmışdır. N.Hacıyev Bolqarıstan təmsilçisi Mladen Vasilev və Moldova güləşçisi Oktavian Staviladan üstün olmuşdur. İdmançımızın növbəti rəqibi ukraynalı Mraz Cafaryandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB