Ruslan Abışovun yeni klubu bəlli oldu

Ruslan Abışovun yeni klubu bəlli oldu

Milli komandamızın üzvü Ruslan Abışovun yeni klubu müəyyənləşib. Müqavilə ilə "Rubin"ə məxsus olan futbolçu karyerasını "Qəbələ"də davam etdirəcək.

Ruslan artıq Sloveniyaya yollanıb və "Qəbələ"nin məşqlərinə qatılır. O, 6 ay icarə əsasında bu klubun formasını geyinəcək. "Qəbələ" Ruslanla münasibətlərini yaxın günlərdə rəsmiləşdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə