Messi onu da "Barsa"ya gətirir

"Barselona"nın futbolçusu Lionel Messi Qonzalo İquaini komandasında görmək istəyir. Hücumçu Argentina yığmasındakı komanda yoldaşı ilə "Barsa"da da birgə oynamaq istədiyini deyib: "İquainin "Barselona"ya transfer olunması barədə xəbərlər yayılıb. Bu haqda onunla danışmışam. İquain dünyanın ən yaxşı hücumçularından biridir. Onunla birgə oynamağı çox istəyirəm".

Qeyd edək ki, İquainin "Barsa" ilə razılığa gəldiyi iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə