Xorvatiyanın Dubrovnik şəhərində Beynəlxalq Güləş Federasiyası (FİLA) İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilmişdir. Toplantıda FİLA-nın fəaliyyəti, qarşıdan gələn tədbirlər barədə fikir mübadiləsi aparılmış, güləş idman növünün daha da inkişaf etdirilməsi məqsədilə yeni təkliflər irəli sürülmüşdür.
Güləş ictimaiyyətini maraqlandıran ən maraqlı təklif isə FİLA-nın adının və loqosunun dəyişdirilməsi təklifi olmuşdur. FİLA İcraiyyə Komitəsinin qərarına görə, qurumun adı UWW - United World Wrestling / Birləşmiş Güləş Dünyası ilə əvəzlənə bilər.
İcraiyyə Komitəsinin bu qərarı bu ilin sentyabrında Özbəkistanın Daşkənd şəhərində keçiriləcək dünya çempionatı zamanı FİLA konqresində müzakirəyə çıxarılacaqdır. Konqresin müsbət rəy verəcəyi təqdirdə FİLA-nın adı və loqosu dəyişəcək və UWW - United World Wrestling / Birləşmiş Güləş Dünyası adlanacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB